"Sabah"ın baş məşqçisi braziliyalı futbolçunu istəmədi

"Sabah" yeni mövsümün transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, Masazır təmsilçisinə Rusiyanın "Soçi" klubu ilə müqaviləsi başa çatan Joazinyo təklif olunub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. "Sabah"ın baş məşqçisi Murad Musayev braziliyalı vingerin yaşı çox olduğu üçün bu transferdən imtina edib.

Qeyd edək ki, Joazinyo "Soçi"yə 2020-ci ilin yayında Moskva "Dinamo"sundan keçmişdi. 34 yaşlı ön xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right