"Turan Tovuz" dörd futbolçu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi müqavilə müddətləri başa çatan Natan Oduva, Siyanda Xulu, Şakir Seyidov və Turan Vəlizadə ilə müqavilə müddətini artırmayıb.
Xatırladaq ki, müqavilə ilə Seyidov "Sabah"a, Vəlizadə isə "Neftçi"yə məxsusdur.