Vəli Bünyatov (ASTA akademiyasının rəsmisi)
ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın “Marcet” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Newsport.az-ın məlumatına görə, ASTA akademiyasının rəsmisi Vəli Bünyatov tədbirdə açıqlama verib. Onun sözlərinə görə istedadlı azərbaycanlı uşaqlar "Marcet" akademiyasına göndəriləcək:
- Öz oğlumu yay düşərgəsinə aparmağı planlaşdırdım və “Marcet”ə apardım. Onlardan cavab gəldi ki, oğlum orada bir il qalsın. Məşq tərzlərini, yanaşmanı gördük. Oğlum Adnan Bünyatov orada məşqlərə başladı. 2009-cu il təvəllüdlülər arasında Kataloniya çempionu oldular. Adnanın köməkçisi Adnan Əhmədzadə oldu, maliyyə tərəfini ödədi. Nəticəni görəndən sonra Rafael Bünyətovla danışdıq ki, belə nəticə əldə edə biliriksə, öz övladlarımızı Barselonaya göndərək, ispan futboluna yiələnsinlər. Azərbaycanın ən yaxşı uşaqlarını orada yaxşı səviyyəyə gətirəcəyik. Adnan Əhmədzadə təklifi qəbul etdi. Prezident Rafael Bünyatovdur, “Marcet”lə müqaviləmiz də var. 2008-2009-cu il təvəllüdlü 50 nəfər ən yaxşılar seçilib, onların içərisindən “Marcet” seleksiyaçıları ən yaxşı 15-ni seçəcəklər.
- Uşaqlar İspaniyaya hansı tarixdə yollanacaq?
- Seçiləndən sonra iki ay vaxtımız olacaq. Uşaqlar üçün ispan dili müəllimi tutacağıq ki, heç olmasa 20-30 faiz dili öyrənsinlər. Təhsil başlayır senyabrın 5-dən. Onlar sentyabrın 5-də orada olmalıdırlar.