FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, millimiz son reytinqlə müqayisədə 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1143 xalla 121-ci pillədə qərarlaşıb.
Millimiz bu ay Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə heç-heçə (1:1) edib.
İlk 3-lükdə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1840 xal) qərarlaşıb. Fransa 2-ci (1838), Braziliya 3-cü (1834) pillədə qərarlaşıb.