“Neftçi” Sankt-Peterburqda məşqə çıxdı

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Newsport.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı oteldə məskunlaşan komanda bu gün axşam məşqinə çıxıb.

Fitnes zalında fiziki təmrinlər yerinə yetirildikdən sonra hazırlıq “Smena” stadionunun meydançasında davam etdirilib.

Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”nda iştirak edəcək "Neftçi" turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.











 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right