Avropa Oyunları: Millimiz İspaniyaya uduzdu

Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə üçüncü oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, İspaniya komandasına qarşı oyun 7:1 hesabı ilə rəqibin xeyrinə nəticələnib.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunda Polşaya 2:7, ikinci görüşdə Portuqaliyaya 2:5 hesabı ilə məğlub olmuşdu. Millimiz iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right