"Qarabağ"dan ayrılan futbolçu "Neftçi"də

"Neftçi" daha bir futbolçunun transferini yekunlaşdırmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" Azərbaycan milli komandasının üzvü Filip Ozobiçi heyətinə cəlb edib. Bu barədə paytaxt klubunun televiziyasında məlumat verilib.

"Qarabağ"dan ayrılan 32 yaşlı yarımmüdafiəçi hazırda Santk-Peterburqda "Neftçi"nin düşərgəsindədir. Müqavilə detalları tam təsdiqləndikdən sonra ictimaiyyətə rəsmi olaraq açıqlama veriləcək.

Qeyd edək ki, "Neftçi" "Səbail"dən ayrılan Emil Balayevlə 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right