"Neftçi" Emil Balayevlə müqavilənin detallarını açıqladı

“Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı komandanın heyətində 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Səbail” (2017-2018, 2022-2023) olan Emil Balayev “Neftçi”dən (2011-2014) başqa “Sumqayıt” (2011-2012), “Araz Naxçıvan” (2013-2014), “Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), “Qarabağ” (2016-2017, 2020-2022), “Tobol” (Qazaxıstan; 2019), “Zirə” (2020), “Turan” (Qazaxıstan; 2022) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019). Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right