Konfrans Liqasında iştirak edəcək "Qəbələ" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, bölgə təmsilçisi Portuqaliyanın "Eştoril" klubu ilə müqaviləsi başa çatan Lukas Afriko ilə maraqlanır. Bu barədə "A Bola" nəşri məlumat yayıb. "Qırmızı-qaralar" braziliyalı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Eştoril" Lukas Afrikonu 2021-ci ilin yayında "Marítimo"dan transfer etmişdi. 28 yaşlı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.