Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ” "Xəzər Lənkəran”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionun təmirə bağlanması və "Qarabağ”ın yeni arenasında təmir işlərinin yekunlaşmaması oyunun hansı arenada keçiilməsini müəyyənləşdirməyib.
Newsport.az olaraq bununla bağlı yeni məlumat əldə etmişik. Bizdə olan bilgiyə görə, "Qarabağ” "Xəzər Lənkəran”ı "Bakcell Arena”da qəbul etməyi düşünür. Məsələnin sabaha qədər dəqiqləşəcəyi gözlənilir.
Qeyd edək ki,"Qarabağ” – "Xəzər Lənkəran” oyunu 12 sentyabr 20:30 da keçriləcək.