"Sabah" çempion oldu, "Neftçi"nin futbolçusu ən yaxşı seçildi

AFFA U-15 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ASCO Arenada keçirilmiş final görüşündə “Sabah” “Neftçi” ilə üz-üzə gəlib. 

Finalda rəqibini 1:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub. Üçüncü yer uğrunda oyunda isə “Zirə” “Araz Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb.

“Sabah”ın üzvü İslam Həsənov 76 qolla liqanın ən məhsuldar oyunçusu adını qazanıb. "Neftçi"nin futbolçusu Elvin Vəliyev isə AFFA U-15 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right