Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama oyununun saatı açıqlanıb.
Newsport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah "Leerberg Arena" "Ferentsvaroş"la (Macarıstan) keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” 2022-2023 mövsümündə ÇL-in üçüncü təsnifat mərhələsində “Ferenstvaroş”a rəqib olub. Ağdam təmsilçisi Bakıda 1:1 hesablı heç-heçə edib, səfərdə isə rəqibini 3:1 məğlub edərək pley-off-a yüksəlib.
Əlavə edək ki, "Qarabağ" iyulun 1-də "Legiya" (Polşa), iyulun 4-də isə SSKA (Bolqarıstan) ilə də üz-üzə gələcək.