FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) Hesabat Seçki Konfransında iştirak edib.
Newsport.az "Milliyet"ə istinadən xəbər verir ki, AFFA-nın sabiq baş katibi Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsindəki oyunlarından danışıb. O, seçmə mərhələyə uğursuz başlayan millimizin çıxışına da qısaca olaraq toxunub:
“İlk növbədə Türkiyəni qazandığı 6 xala görə təbrik edirəm. Gözəl qola imza atan (Uelslə oyunda-red.) Arda hər kəsə yaxşı nümunə olacaq. Təbii ki, Azərbaycan üçün Avropa çempionatına çıxmaq çətindir, amma ümid edirəm ki, Türkiyə Almaniyaya gedəcək".
Xatırladaq ki, Avro-2024-üç seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olan yığmamız Estoniya ilə 1:1 hesablı heç-heçə edib. Yığmamız 1 xalla qrupda sonuncu - 5-cidir.