"Neftçi" Rusiyanın Sankt-Peterburq şəhərində "Fənərbaxça", "Zenit" və "Srvena Zvezda"nın yer alacağı "Matç TV Kuboku" turnirində iştirak etməyə bilər.
Newsport.az xəbər verir ki, iyulun 1-dən 15-nə qədər keçirilməsi nəzərdə tutulan kubok hazırda Rusiyada yaranmış hərbi vəziyyətə görə turnirin baş tutub-tutmayacağı da bəlli deyil.
"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məsələ haqda “Спорт-Экспресс”ə açıqlama verib:
"Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək".
Əlavə edək ki, Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" silahlı qruplaşması Rusiyada hərbi çevrilişə cəhd edib.