Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Newsport.az-ın məlumatına görə, sənədə baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın baş naziri Alixan Smailovla görüşü çərçivəsində imza atılıb.