“Səbail” sabiq hücumçusu ilə gücləndi

“Səbail” növbəti transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu “Şamaxı”dan ayrılan hücumçu Amil Yunanovu heyətinə qatıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı forvard “Şamaxı”ya 2021-ci ilin yayında məhz “Səbail”dən keçmişdi. O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb.

“Səbail” Amildən öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevi də transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right