"Qarabağ" Avstriyaya getdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırlıq prosesini bu ölkənin Tirol bölgəsində keçəcək.

"Qarabağ" Avstriya toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Ağdam təmsilçisi iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-də isə "Legiya" (Polşa) ilə üz-üzə gələcək. Digər rəqib isə hələ açıqlanmayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right