"Səbail" "Şamaxı"nın futbolçusunu transfer etdi

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Şamaxı"dan Bahadur Həziyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Bahadur Həziyev 2020-2021-ci illər mövsümündə "Səbail-2" və "Səbail" komandalarında çıxış edib.

Qeyd edək ki, "Səbail" daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev və Coşqun Diniyevi sıralarına cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right