"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi İsmayıl İbrahimliylə müqavilə imzalayıb. “Qarabağ”a məxsus olan oyunçu növbəti mövsümün sonuna qədər "qartallar"ın heyətində çıxış edəcək.
25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış edib.
Qeyd edək ki, "Zirə" bu gün "Qəbələ"dən ayrılan Məqsəd İsayevi də transfer etdiyini açıqlayıb.