1-ci liqa və əvəzedicilərin çempionatı ilə bağlı limit açıqlanıb

Futbol üzrə Azərbaycan 1-ci liqa və əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin, oyunçu limitləri bəlli olub.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1-ci liqa 13 sentyabrda start götürəcək.

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı Premyer Liqanın startından bir gün sonra – 5 avqustda başlayacaq. Burada isə limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü), 4 futbolçu sərbəst (4 futbolçu arasında legionerin yer almasına da icazə verilib) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right