"Neftçi"nin Regekampfa ödədiyi təzminatın məbləği açıqlandı

"Neftçi"nin yollarını ayırdığı baş məşqçi Laurentsiu Regekampfa ödədiyi təzminatın məbləği bəlli olub.

Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi rumıniyalı mütəxəssisə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 45 min avro təzminat ödəyib. Bu barədə "playsport.ro" saytı məlumat yayıb.

Qeyd edək ki, Laurentsiu Regekampf ötən ilin yayında "Neftçi"nin baş məşqçisi təyin olunmuşdu. Onun "ağ-qaralar"la sözləşməsinin müddəti 2024-cü ilin iyun ayına kimi idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right