"Neftçi" Regekampfla yolları ayırdı Rəsmi

“Neftçi”nin Müşahidə Şurasının qərarı ilə komandanın baş məşqçisi Laurentsiu Regekampfla yollar ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayınb. Rumıniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene də "Neftçi"ni tərk edib. "Göstərdikləri xidmətə görə baş məşqçi və köməkçilərinə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq" - deyə açıqlamada qeyd olunub.

Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Regekampfı "Neftçi"də türkiyəli mütəxəssis Sərgən Yalçının əvəzləyəcəyi gözlənilir. 

Qeyd edək ki, Regekampf 2022-ci ilin iyun ayından "Neftçi"ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə titul qazana bilməyib. "Neftçi" 2022/23 mövsümünü Premyer Liqada 3-cü yerdə başa vurub, kubokun finalında isə "Qəbələ"yə uduzub. Ümumilikdə "Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right