"Sumqayıt" yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzaladı

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Murad Xaçayevlə 2+1 illik anlaşma əldə olunub. Bu barədə "kimyaçılar"ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Murad Xaçayev 2018-ci ildən “Sumqayıt”ın futbolçusudur. Bu müddət ərzində 84 qarşılaşmada meydana çıxan 25 yaşlı yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right