"Turan Tovuz" yeni transferini açıqladı

Ötən mövsümü "Kəpəz"də keçirmiş Fərid Nəbiyev "Turan Tovuz"a keçib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə bir illik rəsmi müqavilə bağlanıb.

Yarımmüdafiəçi karyerası ərzində “Qəbələ”, “Slaviya” (Praqa), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) klublarının formasını geyinib.

O, son olaraq “Kəpəz”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right