İspaniya klubları Musa Qurbanlı ilə maraqlanır

Musa Qurbanlının “Qarabağ”ı tərk etmək ehtimalının olduğunu diqqətinizə çatdırmışdıq.

Newsport.az-ın məlumatına görə, “Football-plus.az” redaksiyasına onunla maraqlanan Avropa klublarıyla bağlı informasiya daxil olub.

Mənbənin sözlərinə görə, forvard karyerasını İspaniyada davam etdirə bilər. 21 yaşlı hücumçu ilə “Xetafe” və “Rayo Valekano” yaxından maraqlanır. Maraq üçün bildirək ki, Musa yeni mövsümün hazırlıqlarına “Qarabağ”da başlasa da, 2023/24-cü “futbol ili” başlamamış onun komandası bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right