"Neftçi" Sloveniya millisinin müdafiəçisini "rənglərinə bağladı"

Konfrans Liqasında iştirak edəcək “Neftçi” ilk legioner transferini bitirib.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı “Anje”dən Miha Blajiçin keçidini sonna çatdırıb.

Paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik müqavilə imzalayıb. Fransa klubundan dəvət olunan mərkəz müdafiəçisi razılaşarsa, onunla sözləşmənin müdəti sonradan daha 1 il uzadılacaq.

2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.

Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.

“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.

“Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right