Əliyar Ağayev Belçika - Niderland matçını idarə edəcək

Xəbər verdiyimiz kimi, FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.

Newsport.az-ın məlumatına görə, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin açılış oyununu idarə edəcəklər. İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right