Azərbaycan Premyer Liqası: bir oyunun başlama vaxtı dəyişdirildi

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, Azərbaycan Premyer Liqasının IV turunda "İnter”ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib. Newsport.az PFL-in rəsmi saytına istinadən xbər verir ki, "Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib. 
Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right