Mini-futbol üzrə Azərbaycan çempionatının qalibinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, finalda “Birbaşa” və “Zirə” klubları qarşılaşıb. “Birbaşa” rəqibinə 2:1 hesabı ilə qalib gələrək ölkə çempionu adını qazanıb.
Üçüncü yer uğrunda keçirilən matçda isə "Qarabağ" "Bakı"nı 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.