Azərbaycan çempionatının final matçını slovakiyalı hakimlər idarə edəcək

Minifutbol üzrə ölkə çempionatının final qarşılaşmasında “Zirə” və “Birbaşa”Bakı komandaları üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, həlledici oyunun prinsipiallığını nəzərə alan Azərbaycan Minifutbol Federasiyası(AMF) qarşılaşmanı slovakiyalı hakimlər briqadasına həvalə edib. Final matçını beynəlxalq dərəcəli hakimlər Marek Sveda və Mixal Bereş idarə edəcək. 

Xatırladaq ki, görüş Bakı Tennis Akademiyasında, iyunun 18-i, saat 20:00 da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right