Mahir Şükürov: "Bizdə olan milli ruh indiki futbolçularda yoxdur"

Millimizin sabiq futbolçusu Mahir Şükürov Avro-2024-ün seçmə mərhələsinin Azərbaycan - Estoniya matçından sonra Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görəveteran müdafiəçi Canni De Byazinin rəhbərlik etdiyi kollektivin ikinci hissədə yaxşı oyun nümayis etdirdiyini bildirib:

"Millimiz ilk hissədə rəqibdən bir az çəkinirdi, oyuna tam diqtə edə bilmirdik. Amma yığma ikinci hissədə oyununu düzəltdi. Hava isti idi. Bunu da nəzərə almaq lazımdır. Ümumi götürəndə komanda pis oynamadı. Millimiz ikinci hissədəki oyunu ilk yarıda oynasaydı, qalib gələ bilərdik. Baş məşqçinin fasilədəki əvəzetmələri düzgün oldu".

Mahir Şükürov oyunçularda milli ruhun olmadığını bildirib. Onun sözlərinə görə, futbolçular meydanda bir-birinə dəstək vermir:

"Bizdə olan milli ruh indiki futbolçularda yoxdur. Uşaqlar bir-birinin üstünə qışqırmır, dəstək vermirlər, oyun sakit gedir. Kim necə istədi elə də oynayır. İkinci hissədə beşli müdafiə taktikası uğurlu oldu. Cinah müdafiəçilərin güclüdürsə, bu taktika ilə oynamaq olar". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right