Bəhlul Mustafazadə: "Qələbəyə layiq idik"

"Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqib heç də zəif deyildi. Estoniya millisinə xeyli standart vəziyyət verdik. Rəqib də bundan yararlandı".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin müdafiəçisi Bəhlul Mustafazadə Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib. 

O, millimizin qələbəyə layiq olduğunu bildirib: "Sona qədər mübarizə apardıq. Düşünürəm ki, bu gün 2 xal itirdik. Yaxaladığımız şansları dəyərləndirsəydik, nəticə fərqli olardı. İmkanlarımızı boşa verdik. Qələbəyə layiq idik. Təəssüf ki, 3 xal qazanmaq alınmadı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right