Cavid Hüseynov "Şamaxı"dan getdi: "Ayrılıq son deyil" Foto

Başa çatan mövsüm Premyer Liqada mübarizə aparmış "Şamaxı" turnir cədvəlində sonuncu pillədə qərarlaşdığına görə elitanı tərk etdi və yeni mövsümdən birinci divizionda mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, Cavid Hüseynov komanda ilə yollarını ayırıb. Mövsümboyu adı köməkçi məşqçi kimi getsə də, əslində, komandaya rəhbərlik edən Hüseynov sosial şəbəkədə ayrılığı barədə yazıb: "Ayrılıq son deyil, yeni yolun başlanğıcıdır. Hər birinizə uğurlar".

Xatırladaq ki, Vüqar Əsgərli baş məşqçi postunda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right