“Sabah” Türkiyəyə yollandı

Türkiyənin Rizə şəhərində baş tutacaq “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirində iştirak edəcək “Sabah”ın U-12 komandası bu gün qardaş ölkəyə yola düşüb.

Newsport.az-ın məlumatına görə, bu il 5-ci dəfə təşkil ediləcək turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan və Moldovanı təmsil edən komandalar iştirak edəcəklər.

Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda 17-20 iyun tarixlərində baş tutacaq yarışda Türkiyənin “Trabzonspor”, “Altınordu”, “Giresunspor”, “Eskişehirspor” və Gürcüstanın “Qldani” klubları ilə birlikdə B qrupunda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right