Braziliyalı futbolçu Jayro Rodriqes Filyo dünən axşam saatlarında Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, bu gün müdafiəçi “Neftçi”nin səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə “ağ-qaralar” futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jayro Rodriqes Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.