Yığma komandamız qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb. U-19-un qollarını 45+1-ci dəqiqədə Sadiq Şəfiyev, 82-ci dəqiqədə isə Ravil Qafarov vurub.

Yığmamız hazırlıq çərçivəsində növbəti oyununu iyunun 20-də Belarusun U-19 komandasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right