Cavid Hüseynov fikir ayrılığına görə “Şamaxı”nı tərk etdi

“Şamaxı” Futbol Klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, toplantıda 2023-24-cü illər mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə klub rəhbərliyi arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən onunla qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilib. 

Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.

Eyni zamanda, komandanın oyunçuları Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrılmışlar.

"Şamaxı" yeni mövsümdə I Divizionda mübarizə aparacaq. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right