“Kəpəz”də işlədiyi müddətdə qalmaqallarla gündəmə gələn və mövsümün sonunda gözlənilmədən klubdan göndərilən baş məşqçi Tərlan Əhmədov feysbuk hesabında paylaşım edib. Newsport.az xəbər verir ki, mütəxəssis onu tənqid edənlərə cavab verib.
Tərlan Əhmədov paylaşımında bunları yazıb: “Əliaçıq olursan axmaq bilirlər, yaxşı biri olursan istifadə edirlər, düzgün olan şeyi edirsən tənqid edirlər, uğur qazanırsan qısqanırlar. Sevirsən qiymət bilmirlər. İnsan olmaq çətin işdir bu həyatda”.
Qeyd edək ki, “Kəpəz” Tərlan Əhmədovun rəhbərliyi altından Premyer Liqada qalmağı bacarmışdı.