"Turan Tovuz"un futbolçusunun komandası yarımfinalda uduzdu

KONKAKAF Millətlər Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.

Newsport.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin çıxış etdiyi Panama millisi Kanada ilə qarşılaşıb. Matç Kanadanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Roderik Miller bu görüşün iştirakçısı olmayıb. 31 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.

Beləliklə, Kanada turnirin finalına yüksəlib. Panama isə üçüncü yer uğrunda görüşə çıxacaq. Kanada finalda ABŞ-la, Panama isə 3-cülük uğrunda oyunda Meksika ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right