Mahir Emreli: "Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm"

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Avro-2024-ün seçmə mərhələsinin Estoniya ilə matçından öncə mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, 26 yaşlı forvard sabah meydanda əlindən gələni edəcəyini bildirib:

"Bu sezon mənim üçün bir az ağır keçdi. Mövsümün ikinci yarısında durumu toparlaya bildim. İstər-istəməz çempionatın son oyununda qazanılan nəticə bizə milliyə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right