“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir karyerasını Kiprdə davam etdirə bilər. Newsport.az xəbər verir ki, bu barədə yerli “kerkida.net” saytı məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı fransalı futbolçunun Ağdam klubundakı çıxışı Kipr klublarının diqqətini cəlb edib. Hətta bir neçə klubun bununla bağlı ilk addımı atdığı da vurğulanıb. Kiprlilər oyunçunun bu ölkəyə köçəcəyinə ümid edirlər.
Qeyd edək ki, Abdullah Zubir Türkiyə klublarının da gündəmindədi.