Renat Dadaşov "Trabzonspor"a keçə bilər

Milli komandamızın üzvü Renat Dadaşov "Trabzonspor"a keçə bilər.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyənin "Gunebakis" nəşri məlumat yayıb.

Trabzon təmsilçisinin İsveçrənin "Qrasshopper" klubunda çıxış edən 24 yaşlı hücumçu ilə maraqlandığı bildirilib. Xəbərdə qeyd olunub ki, Renatın klubu ilə 1 illik müqaviləsi olduğundan onun icarəyə götürülməsi planlaşdırılır.

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm "Qrasshopper"də 34 oyuna 8 qol vurub, 5 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right