AFFA İcraiyyə Komitəsi bu gün toplanır

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. 

Newsport.az xəbər verir ki, iclas saat 11:30-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
1. 2023-2024-cü illər mövsümündə I Divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi

2. II Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi

3. Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər

4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi

5. Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi

6. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat

7. Digər məsələlər





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right