Belçika mətbuatı: "Ən güclülər arasında "Adana Dəmirspor" və "Qəbələ"nin adını qeyd etmək olar"

Belçika mətbuatı "Brügge" və "Gent"in Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri haqda yazı dərc edib. 

Newsport.az-ın məlumatına görə, "Voetbalkrant.com" portalı "Qəbələ"nin adını xüsusi qeyd edib:

"Brügge" və "Gent" Konfrans Liqasının ikinci təsnifat mərhələsində səpələnməmişlər sırasında yer alacaq. Daha əlverişli rəqiblər var. Potensial rəqiblər arasında ən güclü komandaları kimi "Lütsern" (İsveçrə), "Adana Dəmirspor" (Türkiyə), "Vorskla" (Ukrayna) və "Qəbələ"nin (Azərbaycan) adını qeyd etmək olar".

Püşkatma iyunun 21-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right