“Türk Hava Yolları” “Neftçi” ilə əməkdaşlığı dayandırdı

“Neftçi”nin titul sponsoru müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 2023-2024 mövsümündə paytaxt təmsilçisinin yeni sponsoru qlobal brend olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq.

Sözləşməyə görə, əsas və əvəzedici komandaların oyun, həmçinin, məşq formalarının ön hissəsində SOCAR-ın loqosu əks olunacaq.

“Neftçi” 2018-ci ildə Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsi imzalamışdı. THY 2019-20 mövsümündən “ağ-qaralar”ın titul sponsoru olub. Ancaq adıçəkilən şirkətlə əməkdaşlıq müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, “Türk Hava Yolları”nın "Neftçi"nin titul sponsoru olduğu dövrdə də klubun baş sponsoru SOCAR olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right