SOCAR "Neftçi"nin titul sponsoru olacaq

2023/2024-cü illər mövsümündə “Neftçi”nin (PFK) yeni titul sponsoru ölkəmizin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olacaq.

Newsport.az-ın məlumatına görə, müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

Qeyd edək ki, 2018-ci ildə “Neftçi” PFK ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right