"Turan Tovuz" daha bir futbolçu ilə müqavilə imzaladı

"Turan Tovuz" daha bir futbolçusu ilə yola davam etmək qərarı verib.

Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi Ehtiram Şahverdiyevlə müqaviləni daha 1 il müddətinə artırıb. 25 yaşlı yarımmüdafiəçi 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Ehtiram Şahverdiyev 2022-ci ilin yayından "Turan Tovuz"da çıxış edir. O, tovuzluların heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev və Sadiq Quliyevlə yeni sözləşmə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right