"Qarabağ"ın hücumçusu "Zalsburq"a keçə bilər Foto

"Qarabağ" və Azərbaycan milli komandasının forvardı Musa Qurbanlı hələ də Avstriyanın "Zalsburq" klubunun maraq dairəsindədir. 

Newsport.az-ın məlumatına görə, Qurbanlı Avstriya çempionunun bu yay mümkün transferləri siyahısına daxil edilib.

Bu gün isə tanınmış transfermarkt.com saytı da Musanın "Zalsburq"a mümkün keçidindən yazıb. Millimizin hücumçusunun bu yay Avstriyaya köçəcəyi gözlənilir.

21 yaşlı forvard 2019-cu ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. O, 2020-2021 illərdə “Zirə”də icarə əsasında oynayıb. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right