Polşanın "Visla" klubu Jakub Jezniçakla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Plotsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illər ərzində "Qarabağ"da çıxış edib. Polşalı futbolçu Ağdam təmsilçisində ayrıldıqdan sonra "Visla"ya keçmişdi.