“Zenit”in Sankt-Peterburqda keçiriləcək yay turnirindəki oyunlarının tarixi məlum olub. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya təmsilçisi ilk oyununda Azərbaycan klubu “Neftçi” ilə qarşılaşacaq.
“Qazprom Arena”da təşkil olunacaq görüş iyulun 1-nə nəzərdə tutulub. “Zenit” həmçinin iyulun 4-də “Srvena Zvezda”, 9-da isə “Fənərbaxça”nı sınağa çəkəcək. Beynəlxalq turnir komandaların 2023-24 mövsümünə hazırlıqları üçün mühüm addım sayılır.
Qeyd edək ki, Rusiya mətbuatı “Zenit”in iyunun 21-də təlim-məşq toplanışına başlayacağını yayıb.